USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Abşeronda magistral su kəmərləri və qurğularının inşasına 10,1 milyon manat ayrılıb

Prezident İlham Əliyev noyabrın 16-da “Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

ASAN Radio xəbər verir ki, sərəncamda dövlət proqramlarının uğurla icrası nəticəsində regionlarda, paytaxtda və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində kommunal infrastrukturun yenidən qurulması, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, mövcud su təchizatı sistemlərinin sabit işləməsi yönündə əhəmiyyətli tədbirlərin görüldüyü bildirilir. Qeyd edilir ki, həmin tədbirlərin davamı olaraq, Ceyranbatan su kəmərindən Bakı şəhərinə saniyədə 1,8 kubmetr suyun nəqlinə imkan verəcək diametri 1200 millimetr, uzunluğu 9,5 kilometr olan magistral su kəmərinin 4,25 kilometrlik birinci hissəsinin inşası, tikintisi tamamlanmış “+105 Saray supaylayıcı kamerası”nın mövcud su təchizatı sistemi ilə əlaqələndirilməsi üçün diametrləri 1400-1600 millimetr, uzunluğu 3,05 kilometr olan magistral su kəmərlərinin, diametri 800 millimetr, uzunluğu 1,45 kilometr boşaltma xəttinin inşası və yarımadanın su təchizatı üçün müstəsna əhəmiyyətə malik Ceyranbatan və Kür sutəmizləyici qurğularında istismar müddətini keçmiş yüksək məhsuldarlıqlı nasos avadanlıqlarının dəyişdirilməsi zərurəti yaranıb.

Sərəncama əsasən Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon manat ayrılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!