13/12/2017 07:33

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


ASAN xəbər

Müdafiə naziri müşavirə keçirib


17.11.2017   13:47


Noyabrın 17-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələr miqyasında keçirilən   komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib.

ASAN Radioya MN-dən verilən məlumata görə, nazirliyin Baş idarə, idarə rəisləri, Silahlı Qüvvələrin qoşun növləri komandanları, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirədə qoşunlara təlimlə əlaqədar əməliyyatların planlaşdırılması üzrə göstərişlər və döyüş sərəncamları çatdırılıb.

Müdafiə naziri təlimlərdə iştirak edən rəhbər heyətin məruzələrini dinlədikdən sonra müvafiq tapşırıq və göstərişlərini verib.




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook