USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aİ Azərbaycanda yaşıl limanın inkişafına kömək edir

Azərbaycan paytaxtı Bakıda 21-22 noyabr tarixində keçiriləcək seminar yaşıl və ağıllı limanın inkişafına dair yeni təşəbbüslərə həsr olunacaq. Avropa Komissiyasının texniki dəstək və informasiya mübadiləsi alətinin (TAİEX) təşkil etdiyi tədbir zamanı həmçinin yaşıl mədəniyyətin təşviqi və yaşıl logistika zəncirinin dayanıqlığı müzakirə olunacaq. 

Aİ-dən ASAN Radioya bildirilib ki, tədbirdə Azərbaycan hökuməti, nəqliyyat və logistika şirkətlərinin nümayəndələri, eləcə də ətraf mühitin qorunması ilə məşğul olan təşkilatlar və QHT-lər iştirak edəcəklər. 

Seminarı aparacaq TAİEX mütəxəssisləri Aİ-nin aşağıda qeyd olunan təşkilatları və institutlarını təmsil edirlər: Avropa Dəniz Limanları Təşkilatı, Aralıq Dənizi Cəmiyyətlərini öyrənən İnstitut, Dunay Dəniz Limanlarının Administrasiyası və Kataloniyanın Politexnik Universiteti.  

TAİEX-in verdiyi məlumata görə, bu seminar Bakı Limanının daha yaşıl quruma çevrilməsi istiqamətində atılan ilk addımlardan biridir. 

TAİEX, tələblərə yönəlmiş alət kimi, Aİ ilə imzalanmış əməkdaşlıq və ya assosiasiya sazişləri çərçivəsində milli qanunvericiliyi, normativ-hüquqi aktları və standartları Aİ-nin üzv dövlətlərində olanlara adaptasiya etmək üçün tərəfdaş ölkələri dəstəkləyir. Şərq qonşuluğu ölkələrində TAİEX Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə əməkdaşlıq edir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!