2020-ci ildə 13 şəhərdə təşkil olunacaq Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıda səfərdədir.
ASAN Radionun AFFA-ya istinadən verdiyi məlumata görə, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avro-2020 Ev Sahibi Ölkələr Layihələrinin rəhbəri Gillom Poysson və Fan Zonalar üzrə menecer Tomas Qloorla görüşüb.
UEFA nümayəndələrinə Avro-2020 ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində Avro-2020 zamanı yaradılacaq fan zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.
Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup, bir 1/4 final mərhələsi) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!