USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATU rektoru akademik Əhliman Əmiraslanovu təbrik edib

Bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli ATU-nun Onkoloji Kilinikasının direktoru, Onkologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, akademik Əhliman Tapdıq oğlu Əmiraslanovu 70 illik yubileyi münasibətilə təbrik edib.  

G.Gəraybəyli akademik Ə.Əmiraslanovu 70 illik yubileyi münasibətilə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti və tələbələri adından təbrik edib: “Sizi səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımızı çatdırırıq. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi dövrdən etibarən 25 ilə yaxın bir müddətdə Azərbaycan Tibb Universitetinə böyük uğurla rəhbərlik etməyiniz, ölkəmizin bu ali tibb təhsili ocağının maddi-texniki bazasının dünya standartları səviyyəsinə çatdırılmasında, tibb təhsili və tibb elmi sahələrinin, müalicə-profilaktika sahəsində məqsədyönlü islahatları yerinə yetirdiyimiz müstəsna xidmətləriniz hər an göz önündədir. Kollektivimiz üçün daim doğma insan kimi nail olduğunuz hər bir müvəffəqiyyətə ürəkdən sevinir, şad oluruq”.

Bu günlərdə Azərbaycan Prezidenti tərəfindən “Şərəf” ordeninə layiq görülən akademik Ə.Əmiraslanova gül dəstəsi və xatirə plaketi də təqdim olunub. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!