13/12/2017 07:32

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


Gündəm

Təhsil müəssisələrində Milli Dirçəliş Günü tədbirləri


17.11.2017   16:09


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki  ümumi təhsil müəssisələrində 17 noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib.

ASAN Radio xəbər verir ki, ümumi təhsil müəssisələrində məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Milli Dirçəliş Gününə həsr olunan konfrans, “Dəyirmi masa”, seminar və mühazirələr təşkil edilib. Həmçinin, şagirdlər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri keçirilib, məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

Tədbirlərdə şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib. 17 noyabr - Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən biri olduğu vurğulanıb. Ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olunub. Həmçinin, ölkəmizdə gedən inkişaf prosesi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında danışılıb. 

Tədbirlərdə Milli Dirçəliş Günü ilə bağlı videoçarxlar nümayiş olunub, ulu öndər Heydər Əliyevin tarixi çıxışı dinlənilib. Şagirdlər müstəqillik və vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Milli Dirçəliş Günü ilə əlaqədar keçirilən müsabiqələrin qalibləri təltif olunub. 




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook