USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev: Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq

Bu yazının sərlövhəsinə çıxarılmış sözlər “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 45-ci cildindən götürülüb. Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı yekun nitqində deyib: “Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və biz bütün inteqrasiya proqramlarına çox müsbət baxırıq. Azərbaycanda liberal iqtisadiyyat və işləmək üçün bütün imkanlar vardır. Azərbaycan xalqı qonaqpərvər xalqdır, Azərbaycanda quruculuq-abadlıq işləri, müasir xidmətlərin yaradılması məsələləri, əlbəttə ki, miqrantları cəlb edir. Onu da qeyd etməliyik ki, Azərbaycanda ictimai asayiş çox yüksək səviyyədə qorunur, təhlükəsizlik tədbirləri güclüdür. Şəhərlərimizə xas olan əlamət ondan ibarətdir ki, insanlar özlərini çox rahat hiss edirlər. Azərbaycanda kriminogen durum da çox yaxşıdır. Əlbəttə, bu amillər xaricdən gələnlərə, necə deyərlər, əlavə təkan verir. Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq. Ancaq bütün bu işlər qanun çərçivəsində həll olunmalıdır və qanunsuz miqrasiyaya qarşı tədbirlər davam etdirilməlidir”.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin 45-ci kitabı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin mətni ilə başlanır.

Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2011-ci ilin martından may ayınadək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 45-ci kitabında dövlətimizin başçısının həyata keçirdiyi uğurlu xarici siyasətinə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafının təmin olunmasına, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb.

Bu cilddə Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Yunanıstan, Rumıniya, Ukrayna və Litvanın dövlət başçıları ilə görüşləri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata bəyanatlarına dair materiallar da toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Dövlətimizin başçısının Azərbaycana səfər etmiş İordaniya, Fransa, Rusiya, Latviya, Türkiyə, Çexiya, ABŞ və digər ölkələrin, Avropa Şurasının, YUNESKO-nun, ATƏT-in, Avronest Assambleyasının, beynəlxalq idman federasiyalarının, BP şirkətinin və digər nüfuzlu qurumların yüksək vəzifəli şəxslərini qəbul etməsinə, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə iştirak etmək üçün respublikamıza gəlmiş nüfuzlu nümayəndə heyətləri ilə görüşlərinə dair materiallar da nəşrin bu cildində yer alıb.

Kitaba, həmçinin Prezident İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında nitqi, Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında giriş və yekun nitqləri, Bakıda keçirilən X Azərbaycan Beynəlxalq turizm və səyahətlər, II Ümumrespublika daxili turizm sərgiləri ilə tanışlığına dair materiallar, XIV Avrasiya iqtisadi zirvə toplantısının iştirakçılarına müraciəti, Pravoslav Xristian icmasına müqəddəs Pasxa bayramı münasibətilə təbriki, “Rossiya-24” telekanalına müsahibəsi də daxil edilib.

Nəşrin bu cildində dövlətimizin başçısının Masallı, Astara, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Zərdab rayonlarına səfərləri, ictimaiyyət nümayəndələri ilə görüşləri, bölgələrdə və respublikamızın paytaxtında aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına dair materiallar əksini tapıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 45-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!