USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Çelsi" "Qarabağ"a uduzsa, Konte saqqalını qırxacağına söz verib

"Çelsi" komandasının baş məşqçisi Antonio Konte bu gün səfərdə "Vest Bromviç"lə keçirəcəkləri İngiltərə Premyer Liqasının XII tur matçından əvvəl mətbuat konfransına üzütüklü halda qatılıb. 

ASAN Radionun "Report"a istinadən verdiyi məlumatına görə, bu görkəmi ilə italiyalı mütəxəssis jurnalistlərin təəccübünə səbəb olub.

Konte həyat yoldaşının istəyi ilə saqqal buraxdığını açıqlayıb: "Həyat yoldaşım dedi ki, sifətdə tük yetişdirməyi bir dəfə sınaqdan çıxar. Bunu ilk dəfədir edirəm. Qarşıdakı görüşə baxacağıq. Görək, mənə uğur qazandıracaq, yoxsa... Zahiri görkəmimi yalnız xanımım belə istədiyi üçün dəyişməyə çalışacağam".

"İlk məğlubiyyətinizədək saqqal qalacaqmı?" sualına isə 48 yaşlı mütəxəssis ucadan gülərək cavab verib "Bəli. Ümidvaram ki, mövsümün sonlarında mənim böyük saqqalım olacaq".

Qeyd edək ki, "Vest Bromviç" - "Çelsi" matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Daha sonra "zadəganlar" noyabrın 22-də Çempionlar Liqasının V tur oyununda "Qarabağ"ın qonağı olacaqlar. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.   

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!