USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması” mövzusunda seminar olub

Noyabrın 18-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Qubada keçirilən “Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması” mövzusunda seminar işinə davam edib.

ASAN Radio bildirir ki, ikigünlük seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, elm və din xadimləri, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu ilə əməkdaşlıq edən şimal bölgəsi üzrə aktiv gənclər,  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Siyəzən, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran rayon təşkilatlarının üzvləri, həmçinin, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminarın ikinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dini məsələ: ideoloji təhdidlər müstəvisində” mövzusunda təqdimatla çıxış edib. İdeoloji sahədə dinlə bağlı üzləşdiyimiz problemlər, dövlət-din münasibətlərinin tənzimlənməsi qaydaları, vətəndaşların dinə baxış bucağı və digər məsələlər ətrafında geniş məruzə ilə çıxış edən Gündüz İsmayılov vurğulayıb ki, ideoloji müstəvidə dinlə bağlı ən böyük problem məqsədli şəkildə dini kimliyimizin-dinimizin milli kimliyimizə-Azərbaycançılığa qarşı qoyulmasıdır. Din pərdəsi altında, dindən sui-istifadə edilərək İslam Azərbaycançılığa qarşı qoyulur. Sədr müavini qeyd edib ki, XIX əsrdə başlayan maarifçilik hərəkatı ilə xalqımızın milli şüurunun oyanması və  milli özünüdərk prosesinin başlaması nəticə etibarilə “millət” anlayışı ilə “ümmət” anlayışının bir-birindən fərqləndirilməsinə gətirib çıxardı. Hazırda millətlə ümməti yenə də qarşı-qarşıya qoymaqda məqsəd milli dövlətçiliyimizə zərbə vurmaqdır.

G. İsmayılov dindarlığın artması ilə məzhəbçiliyin də güclənməsi, eləcə də xurafat meyillərinin artması, dini dəhsilin dünyəvi təhsilə qarşı qoyulması, qız uşaqlarının məktəbdən uzaqlaşdırılması, dini radikalizm fikirlərinin yayılması tendensiyalarının müşahidə edildiyinə diqqət çəkərək cəmiyyətdə dinlə bağlı belə problemlərin yaranmasının arzuolunmaz hal olduğunu bildirib. Qeyd edib ki, ideoloji sahədə yaranmış bütün bu problemləri həll etməyimiz üçün necə bir gənclik, necə bir nəsil yetişdirməli olduğumuz çox önəmlidir.

Daha sonra DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov “Radikallaşma prosesi: nəzəriyyə və təcrübə” mövzusunda məruzə ilə çıxış edib. Mehman İsmayılov qeyd edib ki, din şəxsiyyətin mənəviyyatının, əxlaqının, insani keyfiyyətlərinin  formalaşmasına xidmət etsə də dinin cəmiyyətdə bir çox funksiyaları var. Cəmiyyətdə insanlar arasında sosial-ictimai münasibətlərin, qarşılıqlı anlaşma mühitinin yaranmasında çox böyük rol oynayır. Dini radikalizm bir prosesdir və hər hansı bir dini baxışı mənimsəyən qrupun fərqli fikirlərə ifrat radikal yanaşmasıdır. Radikallaşma prosesinin baş verməsinin sosial-ictimai səbəbləri, mərhələləri haqqında geniş məlumat verən M. İsmayılov radikallaşmaya zəmin yaradan sosial, psixoloji, ideoloji səbəblərin aradan qaldırılmasının əhəmiyyətini vurğulayıb.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxış edərək, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin, radikalizm meyillərinin yayılmasının qarşısının alınmasında, gənclərin  dini baxışlarının düzgün istiqamətləndirilməsində böyük rol oynadığını diqqətə çatdırıb.

Seminarın sonunda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!