USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində “Ekspo 2020” ümumdünya sərgisi üçün əsas hazırlıqlardan biri hesab olunan 2-ci beynəlxalq iştirakçılar toplantısı (IPM – International Participants Meeting) keçirilib. Toplantıda iştirakçı ölkələr “Ekspo 2020” ərəfəsində görülən işlər və gələcək planlar barədə çıxış ediblər.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycanın beynəlxalq sərgilərdə iştirak təcrübəsi, o cümlədən son illərdə Milan, Antalya və Astanada keçirilən ekspo sərgilərində milli pavilyonla uğurla təmsil olunması barədə məlumat verib. İclas çərçivəsində Azərbaycan Respublikasının “Dubay Ekspo 2020”də iştirakı haqda müqavilə imzalanıb.

“Dubay Ekspo 2020”nin baş direktoru və BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim Al Həşimi planlaşdırma təqvimi üzrə əldə olunan nailiyyətlər və gələcək mərhələlər barədə danışıb.

Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes əldə olunan nəticələri yüksək qiymətləndirərək deyib: “Bizim üçün bu gün fikrimizi hazırlıq işlərinə yönəltmək və üç ildən sonra dünyanı “Dubay Ekspo 2020”də qəbul etməyə tam hazır olmaq çox vacibdir”.

Qeyd edək ki, “Zehinləri birləşdirək, gələcəyi quraq” 2020-ci ildə keçiriləcək “Dubay Ekspo”nun əsas mövzusudur. 438 hektar ərazidə yaradılacaq beynəlxalq sərgidə 180 ölkənin iştirak edəcəyi və 25 milyon ziyarətçinin gələcəyi gözlənilir. “Dubay Ekspo” 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 21-ə qədər davam edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!