USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb

Azərbaycan Mətbuat Şurası adları qurumun “qara siyahı”sına daxil edilmiş mətbuat orqanları və internet saytları ilə bağlı müvafiq dövlət orqanlarına müraciət ünvanlayıb.

Mətbuat Şurasından ASAN Radioya verilən məlumata görə, müraciətdə bildirilir ki, “reket” fəaliyyəti ilə məşğul olan KİV-lərlə bağlı MŞ-nin həyata keçirdiyi məqsədyönlü tədbirlər və əldə edilən nəticələrə baxmayaraq, ölkənin informasiya məkanında hələ də sui-istifadə halları qalmaqdadır:

"Şura bu tipli neqativ halları, konkret olaraq cəmiyyətin müxtəlif təbəqələrinin, ayrı-ayrı vətəndaşların, biznes subyektlərinin, dövlət orqanları nümayəndələrinin haqlı narazılığına səbəb olmuş KİV-lərin fəaliyyətini daim nəzarətdə saxlayır, onların barəsində daxil olmuş müraciətləri ətraflı və obyektiv şəkildə araşdırır və müvafiq qərarlar qəbul edir. Bununla yanaşı etiraf edilməlidir ki, peşə prinsiplərinə laqeyd yanaşan, qanunun tələblərini pozan, müvafiq tövsiyə və iradlara məhəl qoymayan KİV-lərə bağlı qəbul olunmuş qərarlar ictimai qınaq xarakteri daşıdığına görə, bir çox hallarda gözlənilən nəticəni vermir".

Mətbuat Şurasının İdarə Heyəti yaranmış vəziyyəti müzakirə edərək, barəsində qərar qəbul olunmuş və adları “qara siyahı”ya daxil edilmiş KİV-lərlə bağlı tədbir görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!