USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ASAN Lökbatan sakinlərinə xidmət edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzinin təsis edilmədiyi regionlarda əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.

“ASAN xidmət” mərkəzinin müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusları Qaradağ rayonunun Lökbatan qəsəbəsindədir. Mərkəzin əməkdaşları Lökbatan qəsəbəsinin sakinlərinə 5 dövlət orqanına aid hüquqi və yardımçı xidmətlər göstərir.

Sakinlər daha çox şəxsiyyət vəsiqələrinin və ümumvətəndaşlıq pasportlarının alınması və dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların alınması, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri və mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət edirlər.

Yerli sakinlər operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri üzərində qurulan xidmətlərdən razılıqlarını bildirirlər.

Səyyar ASAN xidmət may ayının 16-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsində (Sədərək Ticarət Mərkəzinin qarşısı) sakinlərə səyyar formada xidmət göstərəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!