13/12/2017 07:32

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


İdmandasan

Formula 1 Azərbaycan Qran Prisinə biletlər əsasən xarici ölkələrdən alınır


20.11.2017   13:10


“2018-ci il 27-29 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışları uğurla davam edir və deyə bilərəm ki, növbəti yarışmaya maraq daha böyükdür".

Bunu  Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, bu il də biletlərə endirim kampaniyası keçirilmişdi: “Qarşıdakı yarışa biletlər üçün də endirim kampaniyası keçirilir, ancaq görürük ki, növbəti yarışa maraq daha çoxdur. Biletlər hələ ki əsasən xarici ölkələrdən alınır”.

O qeyd edib ki, yarışa marağn artması gözlənilən indi: “Çünki builki yarışımız çox yaxşı keçmişdi və Bakı yarışını gözləyənlər çox idi”.

Şöbə rəhbəri bildirib ki, Əbu Dabidə təşkil ediləcək Qran Piri zamanı xarici jurnalistlərə görüş keçiriləcək: “Yəni təbliğatımız davam edir. İnanırıq ki, bundan sonra maraq daha da artacaq”.

Qeyd edək ki, 2018-ci ildə keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına noyabrın 6-dan start verilib.




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook