12/12/2017 08:35

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


ASAN xəbər

Brüsseldə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçirilir


20.11.2017   14:44


Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçirilir.

ASAN Radio xəbər verir ki, beynəlxalq Forumda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Avropa Parlamentinin üzvləri, Avropa siyasətçiləri, ekspertlər, həmçinin Azərbaycanın Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri iştirak edirlər.

Prezidentin köməkçisi Əli Həsənov Forumun açılışında çıxış edib.

Tədbirdə ölkələrin ərazi bütövlüyünün regional və qlobal səviyyədə pozulması halları, separatizm nəticəsində yaranmış münaqişələrin və separatçı meyillərin aradan qaldırılması yolları müzakirə olunur.

Forum işini Avropada separatizm mövzusuna həsr edilən əsas panel iclası ilə davam etdirir. Tədbir çərçivəsində, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş ayrıca panel iclası da keçiriləcək.




Xəbər lenti

12 Dekabr
11 Dekabr











ASAN Radio telefonunuzda
Facebook