13/12/2017 07:36

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


İdmandasan

"Qarabağ - Çelsi" oyununa bütün biletlər satılıb


20.11.2017   14:47


Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ"- "Çelsi" oyunu üçün satışa çıxarılan bütün biletlər satılıb.

Bu barədə ASAN Radioya açıqlamasında "Qarabağ" futbol komandasının mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Komanda rəsmisi bildirib ki, artıq oyun üçün nəzərdə tutulan 67 min 500 biletin hamısı satılıb: "Oyunu izləmək üçün 1000 xarici azarkeş bilet alıb. Qalanları yerli azarkeşlərdir. Artıq biletlərin hamısı satılıb".

Qeyd edək ki, noyabrın 22-də Bakıda Çempionlar Liqasının V turu çərçivəsində Ağdamın "Qarabağ" komandası İngiltərə təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook