13/12/2017 07:39

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


Dövlət xidmətləri

Polşa Ali Audit Ofisinin Prezidenti “ASAN xidmət”də


20.11.2017   19:20


20 noyabr 2017-ci il tarixində Polşa Ali Audit Ofisinin Prezidenti Krzysztof Kviatkovskinin başçılıq etdiyi nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

ASAN Radio xəbər verir ki, nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 18 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook