USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dolmanın UNESCO-nun siyahısına daxil edilməsi üçün quruma müraciət ediləcək

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bütün türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlayır.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Kulinariya Mərkəzinin yaranmasının 25 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin daşıyıcıları bədnam qonşularımız tərəfindən təzyiqlərə məruz qalması heç kimə sirr deyil: "Bədnam qonşularımız nəinki torpaqlarımıza, hətta mədəniyyətimizə də təcavüz edirlər. Azərbaycan mətbəxi də bu proseslərdən kənarda qalmayıb. Keçən il Ermənistan bütün Şərqdə isifadə olunan lavaşı mənimsəmək istədi. Onlar lavaşın qeyri-mədəni irs kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün müraciət etmişdilər. Bu, təcavüz deyilmi?! Ona görə də Azərbaycan dövləti digər dövlətlərin mədəniyyət xadimləri və diplomatları ilə birləşərək lavaşın hamıya məxsus olması barədə sübutlar göstərdilər".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!