13/12/2017 07:33

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


ASAN xəbər

ATƏT-in baş katibi: “Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik”


21.11.2017   07:34


“Biz Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik”.

ASAN Radionun xəbərinə görə, bunu “RBK”-ya müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger bəyan edib.

Baş katib bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin başçılığı ilə missiya təmas xəttində monitorinq aparır.

“Yaxın keçmişdə vəziyyətin gərginləşməsindən narahat idik. Mənim baş katib kimi rolum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səy göstərən Minsk Qrupunun həmsədrlərinin işinə dəstək verməkdir”, deyə T.Qreminqer vurğulayıb. 

Qeyd edək ki,  56 yaşlı isveçrəli  Tomas Qreminqer 2017-ci il, iyulun 18-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yeni baş katibi seçilib. 




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook