13/12/2017 07:35

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


ASAN xəbər

YAP-ın yaradılmasından 25 il ötür


21.11.2017   07:40


Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 25 il ötür.

ASAN Radio xəbər verir ki, 1992-ci il noyabrın 21-də görkəmli siyasi xadim Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı keçirilib.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılıb. 

YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnamə partiyanın 1999-cu il dekabrın 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə edilərək təsdiq olunub. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilib, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilib.

Hazırda hakim partiyanın 701 694 üzvü var. Partiyanın sədri Prezident İlham Əliyevdir.




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook