13/12/2017 07:34

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


ASAN xəbər

Onurğa beyninin fəsadlı törəməsi xaric edilmiş pasiyent xəstəlikdən tam azad edilib


21.11.2017   10:53


Qanamış “mixopapillar ependimoma” – bu törəmələr onurğa beyninin aşağı hissələrində inkişaf edir. Yavaş böyüyüb, bəzən çox böyük ola bilirlər.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 55 yaşlı pasiyent şiddətli bel və hər iki aşağı ətrafında ağrıdan şikayət edib. Bel-omba MRT-də onurğa beynində törəmə aşkarlanıb.

RMDM-in həkim-neyrocərrahı Azər Əkbərovun ASAN Radioya verdiyi məlumatına görə, əməliyyat ilə törəmə tam olaraq xaric edilib: “Xəstəmizdə törəmə qanadığı üçün kəskin simptomlara səbəb olmuşdu və vaxtında aşkar edilərək tam xaric edildi. Xəstədə heç bir ağırlaşma baş vermədi və xəstə əməliyatın 3 cü günündə yeriyərək klinikamızı tərk etdi. Əməliyyatdan 2 il keçsə də, pasiyentin heç bir şikayəti və xəstəliyin təkrarlanmasının radiolojik əlaməti yoxdur. Xəstəlikdən tam azad edilən pasiyentləri görmək həkim üçün ən böyük mükafatdır!”

 

 




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook