13/12/2017 07:30

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


ASAN xəbər

Oqtay Əsədov: 2018-ci il dövlət büdcəsi layihəsi ölkənin iqtisadi vəziyyəti nəzərə alınmaqla tərtib olunub


21.11.2017   12:44


Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti dünyada yaranan iqtisadi bohranın ölkəmizə mənfi təsirinin qarşısını almağa imkan verib.

ASAN Radionun məlumtına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentdə 2018-ni ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

O.Əsədov bildirib ki, bu gün Milli Məclisdə müzakirə olunan büdcə zərfi ölkə iqtisadiyyatında müsbət dinamik dəyişiklikləri əks etdirir.

Spiker bildirib ki, büdcə gəlirlərində qeyri-neft sektorunun payı 50 faizə çatıb və bu qeyri-neft sektorunun inkişafının göstəricisidir.

O.Əsədov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması ölkənin iqtisadi rəqabətlilik qabiliyyətini artırıb və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyi yaxşılaşıb.

Spiker deyib ki, 2018-ci il üçün dövlət bücəsi layihəsi ölkənin iqtisadi vəziyyətini və müasir çağırışları nəzərə almaqla tərtib olunub: “Büdcəmiz ölkənin müdafiə qabiliyyətini artırmağa imkan verir və hər il olduğu kimi bu il də dövlət büdcəsi sosial yönümlüdür”.




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook