13/12/2017 07:38

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


Havadasan

Yağış yağacaq, güclü külək əsəcək


21.11.2017   12:53


Bakı və Abşeron yarımadasında noyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Mülayim cənub-qərb  küləyi gündüz  güclü  şimal-qərb küləyi ilə əvəz olunacaq.

ETSN-dən ASAN Radioya verilən məlumata görə, havanın temperaturu gecə  10-13° isti, gündüz  13-16° isti, Bakıda gecə  10-12° isti, gündüz  13-15° isti olacaq.

Atmosfer  təzyiqi  753  mm civə sütunundan  763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  70-80 % olacaq.   

Azərbaycanın qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1-6° isti,  gündüz 6-10° isti olacağı gözlənilir.

 




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook