USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakının 97%-i ordumuzun hərbi fəaliyyətini dəstəkləyir

"ACT Azərbaycan" araşdırma şirkəti aprelin 2-5-də cəbhə xəttində baş verən münaqişə ilə bağlı Bakı şəhəri üzrə sorğu keçirib.

Sorğuda iştirak edən 400 sakinin 97%-i Azərbaycanın cəbhə xəttindəki hərbi fəaliyyətini dəstəklədiyini deyib. 

Sorğuda iştirak edən respondetlərin 62%-i sonuncu hərbi əməliyyatlarda üçüncü tərəf kimi digər ölkələrin mövcudluğunu düşünür. Onların 92%-i bu tərəfin Rusiya olduğu qənaətindədir. Paytaxt sakinləri Fransa, ABŞ, Türkiyə və İranın da sonuncu hərbi münaqişənin stimullaşdırdığını hesab edir. 57% Rusiya, 24% isə konflikti Ermənistanın dərinləşdirdiyini deyir.

Tədqiqat çərçivəsində fikri öyrənilən sakinlərin əksər hissəsi (86%) təxribatın Ermənistan tərəfindən törədildiyini düşünür. Əhalinin yarıdan çoxu (65%) hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır. Həmşinin sakinlərin 85%-i Azərbaycanın hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə Ermənistan ordusunun işğal etdiyi Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun ərazisindən çıxarılacağına əmindir.

Sorğuda iştirak edən respondentlərin 52%-ni qadınlar, 48%-ni kişilər təşkil edib. Yaş aralığı isə 18-55 olub.

Qeyd edək ki, "ACT Azərbaycan" sosial və kommersiya araşdırmaları həyata keçirən beynəlxalq şirkət "ACT Global"ın Azərbaycan nümayəndəliyidir.

ACT Global Gürcüstün, Azərbaycan və Qazaxıstan ofisləri olan keçmiş Sovet, eləcə də Şərqi Avropa ölkələrində fəaliyyət göstərən qlobal tədqiqat və konsultasiya şirkətidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!