USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Qarabağ”ın doğma meydanda son sınağı

Bu gün Çempionlar Liqasında V turun növbəti oyunları keçiriləcək. ASAN Radionun məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxacaq.

C qrupunda mübarizə aparan çempionumuz son ev matçında İngiltərə “Çelsi”sini qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün həlledici görüşlərdən biridi.

Belə ki, “Qarabağ”ın avrokubok taleyi böyük ölçüdə V turun nəticələrindən asılıdı. Çünki bu qarşılaşmalardan sonra Ağdam təmsilçisinin 1/8 final şansı da, Avropa Liqası ümidi də qala, hətta sonuncu yer də rəsmiləşə bilər.

Çempionlar Liqasının 1/8 finalına yüksəlmək üçün nəzəri şanslara malik komandamız mütləq qalib gəlməlidi. “Çelsi” üzərində qələbə Qurbanovun yetirmələrini sonuncu tur öncəsi böyük ümid verəcək. “Roma”nın səfərdə “Atletiko”ya uduzması isə bu ümidləri artıra bilər. Çünki son turda İtaliyaya səfər edəcək “Qarabağ” romalılarla əyani dueldə vəsiqələrdən biri üçün mübarizə apara bilər.

Qələbə həm də minimum vəzifə - Avropa Liqasına vəsiqə şansını artıracaq. Heç-heçə də bu şansı saxlayacaq. Lakin qitənin ikinci dərəcəli klub turniri arzusu üçün “Roma”nın “Atletiko”nu məğlub etməsi, ən pis halda bərabərliyi lazımdı. Hər iki halda 3-cü yerin sahibi son turda bəlli olacaq.

Lakin sonuncu tur “Qarabağ” üçün formallığa da çevrilə bilər. Çempionumuz “Çelsi”yə uduzsa, “Atletiko” italiyalıları məğlub etsə, Qurbanovun yetirmələrinin sonuncu yer tutacağı rəsmiləşəcək. Amma təmsilçimiz məğlubiyyətlə də üçüncülük şansını saxlaya bilər. Bunun üçün “Roma”nın səfərdən xalla dönməsi lazımdı.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

22 noyabr, C qrupu

21:00. “Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə)

Baş hakim: Manuel De Souza

Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos

Dördüncü hakim: Nuno Pereyra

Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya)

Bakı Olimpiya Stadionu

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!