13/12/2017 07:37

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


ASAN xəbər

Leyla Əliyeva UNICEF-in regional direktoru ilə görüşüb


22.11.2017   09:49


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ölkəmizdə səfərdə olan UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xan ilə görüşüb.

ASAN Radionun xəbərinə görə, Leyla Əliyeva UNICEF tərəfindən bütün dünyada uşaqların vəziyyətinin yaxşılaşdırılması naminə aparılan fəaliyyəti yüksək qiymətləndirərək, uşaqların rifahı, sağlamlığı və təhsilinin təmin edilməsinin gələcəyimiz üçün ən dəyərli sərmayə olduğunu vurğulayıb. O, bu sahədə Azərbaycanda son illər böyük irəliləyişlərin əldə edildiyini bildirib. Bu sahədə işlərin davam etdiriləcəyinə və daha da genişləndiriləcəyinə əminliyini qeyd edib. Uşaqların ətraf mühitin mühafizəsi sahəsində təhsili və maarifləndirilməsinin əhəmiyyətinə toxunan Leyla Əliyeva IDEA İctimai Birliyi tərəfindən son 6 ildə uşaqların ekoloji biliklərinin artırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr, o cümlədən eko laboratoriyalar, düşərgələr, kurslar və nəşrlər haqqında ətraflı məlumat verib.

Afşan Xan ətraf mühit və davamlı inkişaf məsələləri üzrə uşaqların məlumatlandırılmasına yönəlmiş fəal səylərinə görə Leyla Əliyevaya minnətdarlıq bildirib. O, UNICEF-in iqlim dəyişikliyi, davamlılıq və digər ekoloji mövzuların tədris proqramına daxil edilməsində maraqlı olduğunu, bu barədə IDEA-nın fəaliyyətini yüksək dəyərləndirdiyini  qeyd edib.

Görüş zamanı tərəflər arasında uşaqların ekoloji təhsili üzrə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib, eləcə də sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi, reabilitasiyası və təhsili məsələləri üzrə fikir mübadiləsi aparılıb.




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook