USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATU-nun Tədris Cərrahiyyə Klinikasının yeni növ əməliyyatlara start verildi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində yeni növ əməliyyatların icrasına start verilib.

Şöbənin müdiri Qurban İsmayılovun ASAN Radioya verdiyi məlumata görə, bu gündən etibarən ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində ekzeymer cərrahiyyəsi fəaliyyətə başlayır: “Intraleyzlə ekzeymer refraktiv cərrahi əməliyyatlarının yeni üsullarla aparılmasına start veririk. Dünyanın ən müasir cihazlarından biri olan alberetto - 500 cihazı intraleyzlə birlikdə eyni zamanda, cərrahi seçimdən asılı olaraq, more 3 tipində mikrokeraton vasitəsilə refraksiyon əməliyyatların icrasına start vermişik. Əməliyyat yerli keyitmə altında aparılır, hər gözdə proses 2 dəqiqə müddətində başa çatır. Əməliyyatdan sonra xəstənin görmə itiliyi eynəklə gördüyü qədər bərpa olunur. Xəstə dərhal evə buraxılır”.

O əlavə edib ki, refraktiv cərrahiyyə adətən keratomlar vasitəsilə aparılan əməliyyatlardır: “Həmin bu keratomlar x-b tipli və yaxud da more tipli keratomlardan ibarət idi. Ancaq bizdə üstünlük ondan ibarət olacaq ki, həmin bu kəsiklər intraleyz vasitəsilə əlin gözlə kontaktı olmadan aparılacaq”.

Qeyd edək ki, yeni quraşdırılan cihaz sayəsində artıq 15 nəfərdə əməliyyat icra olunub. Ümumilikdə 15 əmliyyat 2 saat ərzində davam edib.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!