USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
PA rəhbəri Ramiz Mehdiyev MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev noyabrın 22-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə MDB məkanında radikal dini cərəyanların yayılmasının qarşısının alınması məsələləri, habelə Əfqanıstan İslam Respublikasında vəziyyət və Orta Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri müzakirə edilib, beynəlxalq terrorçuluğa qarşı mübarizənin bəzi aspektləri ilə bağlı məruzələr dinlənilib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Çıxışda dini radikalizmin, ekstremizmin və terrorçuluğun qarşısının alınması sahəsində Azərbaycan Respublikasının müsbət təcrübəsi, o cümlədən müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, ölkəmizin hüquq mühafizə orqanları və xüsusi xidmətlərinin səmərəli fəaliyyəti barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və katibin müavini Rəşid Nurqaliyev, habelə Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Aparatı ilə 2018-2019-cu illər üçün Əməkdaşlıq Planı imzalanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!