USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Azərbaycan Beynəlxalq Bankı" 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq

““Prezident İlham Əliyevin 15 iyul 2015-ci il tarixli “Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması” istiqamətində imzaladığı fərmana uyğun olaraq bu ilin 9 ayı ərzində artıq demək olar ki, bu bankın sağlamlaşdırılması tədbirləri yekun fazaya keçib”.

ASAN Radionun məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib. 

Onun sözlərinə görə, bu il ərzində təxminən 4,3 mlrd. manat həcmində toksik aktiv bankın balansından çıxarılaraq “Aqrarkredit”ə ötürülüb: “Nəticədə Beynəlxalq Bankın sistem əhəmiyyətli bank olmağı və sektorda dominant payının aşağı salınması sektorun diversifikasiyası üçün palatanın qarşısında duran vəzifə və tələblərdən biri idi. Məlumat üçün deyim ki, bu proseslərdən sonra bankın sektordakı payı 41%-dən 27%-ə düşüb. Mütləq ifadədə bu təxminən 13 mlrd. manatdan 7 mlrd. manata qədər aşağı salınıb”.

İ. Alışov vurğulayıb ki, Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!