USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Avropa Komissiyası Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvini tövsiyə edib

Avropa İttifaqı Komissiyası Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi barədə tövsiyə qərarı ilə çıxış edib.

Avropa Komissiyası Türkiyə vətəndaşlarının Şengen zonasına girişi zamanı viza sərbəstliyinin tətbiq olunması üçün Ankara tərəfindən həyata keçirilməsi zəruri olan meyarlarla bağlı araşdırma aparıb. Nəticədə 72 meyarın hamısı olmasa belə, 67-nin həyata keçirildiyi nəzərə alınaraq müsbət qərar qəbul olunub. Lakin Türkiyə qalan şərtləri də tezliklə yerinə yetirməlidir.  

Aİ-nin rəqabət məsələləri üzrə komissarı Marqret Vestager “Twitter”də qərarın mətnini paylaşıb. Qərarda “Aİ Komissiyası bu gün Türkiyə vətəndaşları üçün vizaların ləğvini təklif etdi” yazısı görünür.

Qərar hələlik avtomatik olaraq Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi mənasına gəmir. Bu, “texniki yaşı işıq” kimi qiymətləndirilir. Tövsiyənin həyata keçirilməsi üçün siyasi qərar tələb olunur və Avropa Parlamenti ilə Aİ Şurası bu barədə yekun qərar verməlidir.    

 

Məsələ əvvəlcə gələn həftə Avropa Parlamentinin Vətəndaş azadlıqları və daxili işlər komissiyasında müzakirə olunacaq. Sonra AP-nin ümumi toplantısında müzakirə keçiriləcək. Qərarın qəbulu üçün adi səs çoxluğu yetərli olacaq. Müsbət qərar qəbul olunarsa, məsələyə Aİ İttifaqı Şurasında baxılacaq. Burada müsbət qərar üçün səsvermədə iştirak edən üzv dövlətlərin 55%-nin lehinə səs verməsi və həmin ölkələrin əhalisinin səsvermədə iştirak edən ölkələrin ümumi əhalisinin azı 65%-ni əhatə etməsi şərti tələb olunur.   

 

Aİ Şurası da müsbət qərar verərsə, vizasız rejim bu il iyulun 1-dən tətbiq olunmağa başlayacaq. Beləliklə, Türkiyə vətəndaşlarından Şengen zonasına 3 aydan qısa səfərlər üçün viza tələb olunmayacaq. Lakin anlaşma Türkiyə vətəndaşlarına Aİ ölkələrində çalışma və məskunlaşma hüququ vermir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!