USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vaqif Dərgahlıdan növbəti açıqlama

 Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın kredit razılaşması əsasında Rusiyadan silah alması barədə məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib ki, müharibə edən ölkə üçün 200 milyon ABŞ dolları cüzi məbləğdir, bu pulla ordunu silahla təmin etmək mümkün deyil: “Nəzərə alsaq ki, hazırda Ermənistanda korrupsiya və rüşvətxorluq tüğyan edir və ölkələrinin rəhbərliyində təmsil olunan şəxslərin hamısı kriminal ünsürlərdir, bu pulların böyük hissəsinin elə həmin rejim tərəfindən mənimsəniləcəyi şübhəsizdir”.

V. Dərgahlı qeyd edib ki, son illər Ermənistanın Rusiyadan aldığı silah və hərbi texnikanın istismar müddəti çoxdan başa çatıb: “Uzun illər öncə istehsal edilən və istifadə olunmayan, istismar müddəti bitmiş silahlar və hərbi texnika kredit yolu ilə Ermənistana verilir. Biz aprel əməliyyatlarında bunun canlı şahidi olduq. Son əməliyyatlarda ermənilərin atdığı mərmilərin əksəriyyəti köhnə olduğu üçün partlamadı, torpağa batıb qaldı. Həmin mərmilər hərbçilərimiz tərəfindən yığılaraq məhv edildi. Ermənistan rəsmilərinin bundan əlavə basqa mənbələrdən də silah alması barədə səsləndirdikləri fikirlər də “blefdir”. Apreldə Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, diaspor təşkilatları yardım üçün 5-6 milyon ABŞ dolları yığıb. Bu məbləğ isə çatsa-çatsa, apreldə məhv edilən erməni hərbçilərinin dəfn mərasimlərinə və onların ailələrini susdurmaq məqsədilə verilən yardımlara bəs edər. O ki qaldı 1980-ci illərdə istehsal olunan texnikanın “super” vəziyyətdə olması barədə Arsrun Ovannisyanın açıqlamalarına, bu da ermənilərin növbəti uydurmasıdır. Çünki 30 il bundan əvvəl istehsal olunan silahları alıb və onları  tərifləyərək müasir silahlarla müqayisə etmək də bir nağıldır”.

V. Dərgahlı xüsusi olaraq bildirib ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən silah-sursatın, döyüş texnikasının yenilənməsi, əlavə döyüş ehtiyatlarının yaradılması,  müasir silah və texnikanın, digər hərbi elementlərin alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri üçün külli miqdarda maliyyə vəsaiti ayrılıb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan mövcud kredit razılaşması əsasında Rusiya Federasiyasından Ermənistana silah göndərilməsi prosesinin başlandığını açıqlayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!