USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Güzəştli mənzillərin satışı üçün alqı-satqı müqavilələrinin forması təsdiq edildi

Güzəştli mənzillərin satışı üçün alqı-satqı müqavilələrinin forması təsdiq edilib.

Bu barədə ASAN Radioya Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib.

Ölkə başçısının 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olunmuş Qaydanın 7-ci hissəsinə uyğun olaraq, güzəştli mənzillərin satışa çıxarılması məqsədi ilə alqı-satqı müqavilələrinin nümunəvi formaları Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən müəyyən edilir.

Bu Fərmanın icrasını təmin etmək məqsədilə MİDA tərəfindən “Alqı-satqı müqaviləsi”nin, “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən isə “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin nümunəvi formaları mənzillərin satışının rəsmiləşdirilməsi prosesində iştirak edən aiddiyyatı tərəflərlə razılaşdırılmaqla təsdiq edilib.

“Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”ni imzalayan vətəndaşlar Azərbaycanda ilk dəfə olaraq, mənzilin qabaqcadan qeydiyyat sənədi (Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış) əsasında, həmin mənzili girov qoyaraq “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq edən müvəkkil bankların təqdim etdiyi güzəştli ipoteka kreditlərindən yararlana biləcəklər.

“Alqı-satqı müqaviləsi”nin və “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin notariuslar tərəfindən tətbiqi mənzillərin satışı prosesində əlavə vaxt itkisinin qarşısını alacaq, alıcıların rahatlığını təmin edəcək, həmin müqavilələrin asanlıqla təsdiq edilməsinə şərait yaradacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!