USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ümumdünya Dağ Yəhudiləri Konqresinin BMT yanında QHT statusu alması qeyd edilib

Moskvada BMT-nin İnformasiya Mərkəzində Ümumdünya Dağ Yəhudiləri Konqresinin BMT yanında QHT statusu və bu beynəlxalq qurumun İqtisadi və Sosial Şurası yanında məşvərətçi statusu alması münasibətilə rəsmi qəbul keçirilib.

Ümumdünya Dağ Yəhudiləri Konqresi 2003-cü ildə həmvətənimiz görkəmli iş adamı və ictimai xadim, həyatı boyu bütün dünyada yaşayan dağ yəhudiləri icmasını birləşdirmək üçün böyük əmək sərf edən Zaur Tair oğlu Gilalov tərəfindən təsis edilib. Konqresin missiyası - müxtəlif ölkələrdə yaşayan Dağ yəhudiləri arasında əlaqələri möhkəmləndirmək, xalqların sülh, tolerantlıq, tərəqqi, mədəni və humanitar sahələrdə inkişafını təşviq etməkdir. 

ASAN Radio xəbər verir ki, rəsmi qəbulda BMT-nin İnformasiya Mərkəzinin direktoru Vladimir Kuznetsov, Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədri Akif Gilalov, Rusiyanın Liberal-Demokrat partiyasının sədri Vladimir Jirinovski, habelə Rusiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri çıxış ediblər. Onların arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, İordaniya səfiri Ziad Xəzər Saleh Al Macali, İspaniya Krallığının səfiri İqnasio İbanez Rubio, Yunanıstan səfiri Andreas Friqanas, Fələstin səfiri Abdel Hafiz Nofəl, Özbəkistan səfiri Bahrom Əşrəfxanov və digərləri olub. 

Tədbirə Prezident Administrasiyasının rəhbər şəxsləri, hökumət rəsmiləri, QHT və  bütün dinlərin nümayəndələri, mədəniyyət xadimləri, o cümlədən İosif Kobzon həyat yoldaşı ilə qatılıb.

Rəsmi qəbul zamanı  Ümumdünya Dağ Yəhudiləri Konqresinin təsisçisi Zaur Gilalovun xatirəsinə ithaf olunmuş film nümayiş olunub.

Tədbir mədəni hissə ilə davam etdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!