USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qəbələ regional “ASAN xidmət” mərkəzində seminar keçirilib

28 noyabr 2017-ci il tarixdə, Qəbələ regional “ASAN xidmət” mərkəzinin inzibati binasında Dövlət Miqrasiya Xidmətinin Şəki regional idarəsinin əməkdaşları tərəfindən mərkəzin direktoru Əbdül Əliyevin, ASAN və digər dövlət orqanlarının əməkdaşlarının, eləcə də, könüllülük fəaliyyəti ilə məşğul olan şəxslərin iştirakı ilə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri çərçivəsində seminar keçirilib. ASAN Radio bildirir ki, tədbirdə ilk olaraq Mərkəz direktoru Əbdül Əliyev çıxış edib. O tədbirin əhəmiyyətini diqqətə çatdırmaqla yanaşı, ərazidə xidmət aparan Şəki regional miqrasiya idarəsinin fəaliyyətindən razılığını ifadə edib. Bu cür seminarların və maarifləndirmə tədbirlərinin səmərəli nəticələrindən söhbət açıb. 

Daha sonra Qəbələ rayonunu da əhatə edən Şəki regional miqrasiya idarəsi haqqında qısa məlumat verilib. Bildirilib ki, idarə 2012-ci ildən fəaliyyətə başlamaqla Balakən, Zaqatala, Qax, Şəki və Oğuz  rayonlarını əhatə edir. Şəki regional miqrasiya idarəsinin, miqrasiya rejiminə nəzarət və qeydiyyat bölməsinin rəisi Rəşad Bağırov öz çıxışı zamanı hazırda müxtəlif ölkələrdən əcnəbilərin Azərbaycan Respublikasına viza növündən asılı olmayaraq miqrasiyasının intensivləşdiyini, bununla əlaqədar həmin şəxslər barədə müvəqqəti yaşayış və ya iş icazəsi, həmçinin daimi yaşayış üçün tələb olunan sənədləşmə prosesinin və hüquqi tədbirlərin həyata keçirilməsində  Miqrasiya Xidmətinin əvəzolunmaz rolundan danışmışdır. 

Bundan əlavə Şəki regional miqrasiya idarəsinin, Sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin inspektoru Ruslan Qarayev də Miqrasiya xidmətinin həyata keçirdiyi fəaliyyət sahələri ilə bağlı geniş izahat verməklə yanaşı,  vətəndaşlıq məsələləri ilə əlaqədar  tətbiq olunan yenilik və dəyişikliklər barədə qeyd etmişdir. Seminarda qanunvericiliyə edilmiş son dəyişikliklər haqqında da məlumat verilib. Diqqətə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin 53.1.4-cü, 53.1.5-ci, 53.1.8-ci və 65.0.5-ci maddələri ləğv edilib. Beləliklə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlərin siyahısından ailə tərkibi haqqında arayış, nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surətləri, o cümlədən iş icazəsinin verilməsi üçün tələb olunan sənədlər siyahısından Azərbaycan ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin respublika ərazisində qalmasına hüquq verən müvafiq sənədin surətinin tələb olunmayacaq.

Məruzədə o da vurğulanıb ki, Miqrasiya Məcəlləsinin 76.3-cü maddəsinə əsasən respublika ərazisində olan əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməlidir. Belə olan halda viza əsasında  Azərbaycana gələn əcnəbilərin gəlişinin bəyan edilmiş məqsədi onlara verilən  giriş vizalarının növlərinə uyğun olmalıdır.

Keçirilən Seminarda iştirak edən Şəki regional miqrasiya idarəsinin, miqrasiya rejiminə nəzarət və qeydiyyat bölməsinin inspektoru Taleh Abdulmanafov tərəfindən miqrasiya ilə bağlı xidmətlərin elektron qaydada həll olunma məsələləri də marağa səbəb olmuşdur. Miqrasiya xidməti ilə bağlı tədbir iştirakçıları tərəfindən verilən suallar xidmətin əməkdaşları tərəfindən geniş formada cavablandırılıb.

Sonda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış sabitliyin və mütərəqqi miqrasiya idarəçiliyi modelinin, eləcə də ölkədə multikultural dəyərlərə verilən önəmin şahidi olduğunu məmnunluqla xatırladan, səsləndirilən fikirləri, qaldırılan məsələləri dəstəklədiyini deyən mərkəz direktoru Əbdül Əliyev əmin olduğunu bildirib ki, bugünkü görüş və aparılan fikir mübadiləsi birgə əməkdaşlığın gələcək perspektivinə öz tövhəsini verəcəkdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!