USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Pakistanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radio xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı dəstəyin önəmini qeyd etdi və bu əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan ilə Pakistan bütün məsələlərlə bağlı daim bir-birini dəstəkləyir, siyasi, iqtisadi, ticarət, hərbi əməkdaşlıq əlaqələri yaxın müttəfiqlər səviyyəsində inkişaf edir. Prezident İlham Əliyev dedi ki, Pakistan bizim üçün ən yaxın müttəfiq və dost ölkələrdəndir. Dövlətimizin başçısı Pakistanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə etməsini yüksək qiymətləndirdi. Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatına toxunan dövlətimizin başçısı bu əməkdaşlığın müxtəlif sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini əminliklə vurğuladı.

Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asif ölkələrimiz arasında çox yaxın qardaşlıq münasibətlərinin mövcud olduğunu dedi. Əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, hərbi və digər sahələrdə uğurla inkişaf etdiyini, əməkdaşlığımızın daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu vurğulayan qonaq beynəlxalq təşkilatlarda ölkələrimizin bir-birinə verdiyi qarşılıqlı dəstəyin önəmini qeyd etdi. Pakistanlı qonaq Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının sabitliyin, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. O, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində qardaş Azərbaycanın mövqeyini dəstəklədiyini vurğuladı.

Söhbət zamanı “Asiyanın Qəlbi – İstanbul Prosesi” konfransının Əfqanıstanda sabitlik və inkişafa nail olunması işinə böyük töhfə verdiyi qeyd olundu.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!