USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BNA və MİDA birgə layihə təqdim etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi birgə layihəsini təqdim edib. ASAN Radio xəbər verir ki, iki qurum arasında səmərəli əməkdaşlıq nəticəsində Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üzrə işlərin həyata keçirilməsinə başlanılıb.  

Mənzil İnşaatı Dövlət Agentliyinin əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikintisini təşkil edərək ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həmçinin, sakinlərin rahat yaşayışını təmin etmək üçün zəruri şəraitin yaradılmasıdır. Eyni zamanda, sərnişindaşıma sahəsində tənzimlənməni və dövlət nəzarətini həyata keçirən Bakı Nəqliyyat Agentliyinin də fəaliyyəti paytaxtda nəqliyyat sisteminin və infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması ilə yanaşı, şəhərin sakinləri və qonaqlarının təhlükəsiz və rahat hərəkətinin təşkilini əhatə edir. 

Bakı Nəqliyyat Agentliyinin və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə hazırladığı layihənin əsas hədəfi sahəsi 11,6 hektar olan və 1843 mənzildən ibarət olacaq Yasamal Yaşayış Kompleksi ərazisində Avropa standartlarına və ən əsası müasir şəhərsalma prinsiplərinə uyğun olaraq piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Layihə hazırlanarkən bütün piyadaların, o cümlədən yaşlılar, əlillər və uşaqların, eləcə də hər növ nəqliyyat vasitələrinin (velosiped, motosikl, taksi, avtobus və yük maşınları) tələb və xüsusiyyətləri nəzərə alınıb. 

Layihəyə əsasən, şəhərcik daxilində salınacaq küçələr funksional zonalara bölünəcək ki, onların da bir çoxu Bakı şəhəri üçün yenilik hesab edilir. Belə ki, yaşayış kompleksi daxilində salınacaq yollarda velosiped üçün ayrıca yol, piyada hərəkət sahəsi ilə bina arasında xüsusi ara məsafə, texniki zolaq, yaşıllıq zolağı və qarışıq təyinatlı zolaqlar nəzərdə tutulub. Bununla yanaşı, nəqliyyat vasitələrinin hərəkət hissəsi üzrə bütün binaların qarşısında müvafiq parklanma zonaları təmin olunacaq. Nəticədə binaların həyətlərinə yalnız texniki xidmət göstərən və operativ-əməliyyat avtomobillərin girişinə icazə veriləcək.

Bütün yol kəsişmələrində əlilliyi olan şəxslər üçün panduslar və həmçinin, velosiped yolları nəzərdə tutulub. Velosiped yolları ilə yanaşı, velosiped danayacaqlarının da quraşdırılması planlaşdırılıb. Yasamal Yaşayış Kompleksinə 4 istiqamətdə marşrut xətlərinin çəkilməsi də nəzərdə tutulub. Metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları, 4-cü mikrorayon ərazisi, Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi, həmçinin, “Sədərək” ticarət mərkəzi istiqamətində hərəkət edəcək marşrut xətləri sakinlərin mənzil başına vaxtında çatmalarına şərait yaradacaq. 

Yasamal Yaşayış Kompleksinin nəqliyyat məsələlərinin həllinə dair təkliflərin gələcəkdə bütün paytaxt ərazisində, eləcə də ölkənin digər iri yaşayış yerlərində reallaşdırılması planlaşdırılır.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!