USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlham Əliyev: Azərbaycanın təhlükəsizliyi Ermənistan təcavüzü nəticəsində ciddi təhdidlərlə üz-üzə qalıb

Müstəqilliyini bərpa etdiyi ilk gündən Azərbaycanın təhlükəsizliyi Ermənistan təcavüzü nəticəsində ciddi təhdidlərlə üz-üzə qalıb.

ASAN Radionun məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini - Dağlıq Qarabağ regionunu və ətraf 7 rayonu işğal altında saxlayır. Öz ərazisinin 1/5-nin işğal olunmasından əziyyət çəkən və yüz minlərlə vətəndaşı məcburi yerdəyişməyə məruz qalan bir ölkə kimi Azərbaycan sülhün, təhlükəsizliyin və sabitliyin dəyərini çox yaxşı anlayır".

İlham Əliyev bildirib ki, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:

"Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ regionunda və 7 ətraf rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. İşğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və hesabatlar göstərir ki, bu ərazilərdə vandalizm əməlləri törədilib. Bizim şəhərlərimiz, kəndlərimiz, məzarlıqlarımız, məscidlərimiz Ermənistan tərəfindən dağıdılıb".

Prezident xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edib: "Status-kvo qəbuledilməzdir. Bu, yalnız Azərbaycan tərəfindən deyil, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də bəyan edilir. Bu ölkələrin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir və qəbuledilməzdir".

Dövlət başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməli və Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!