USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Zirə qəsəbəsində “BAKU AGROPARK”da görülən işlərlə tanış olub - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub.

ASAN Radionun məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Səməd Qurbanov dövlət başçısına Aqropark barədə məlumat veriblər.

Bildirilib ki, “BAKU AGROPARK” MMC-nin müasir istixana kompleksinin ümumi layihə dəyəri 68 milyon manata yaxındır. İkinci mərhələdə daha 10 hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxananın tikilməsinə 24,7 milyon manat, üçüncü mərhələdə isə 10 hektar sahədə şüşə tipli müasir istixananın yaradılmasına 21 milyon manat investisiya qoyulacaq. Hazırda ölkədə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə olan istixana təsərrüfatları var. Bunun 2463 hektarı mövcud, 463 hektarı isə tikilməkdə olan istixana təsərrüfatlarıdır. Fəaliyyətdə olan istixana təsərrüfatlarından bu il avqustun 1-dək 302,3 min ton tərəvəz məhsulları yığılıb.

İstehsal olunan məhsullar “Tomat.az” brendi ilə əsasən ixrac edilir. Hazırda kompleksdə 140 nəfər işlə təmin olunub. Müəssisə tam fəaliyyətə başladıqdan sonra yeni iş yerlərinin sayı da artacaq.

Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”da görülən işlərlə tanış olub.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

 

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!