USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qurban Qurbanov: “Roma” ilə oyun bizim üçün böyük təcrübə olacaq

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun “Roma” – “Qarabağ” oyunu öncəsi İtaliyanın “Olimpiko” stadionunda mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycandan akkreditə olunmuş 20-dək müxbir və yerli media nümayəndələri iştirak ediblər.

ASAN Radio xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib: “Bu, Çempionlar Liqasında son oyunumuzdur. Düşünürəm ki, nəticə baxımından turnirdən razı olmasaq da, böyük təcrübə toplamışıq. Sabahkı oyunda da ciddi mübarizə aparacağıq. Ola bilər ki, “Roma”nın şansı bu oyundan asılı olsun. Ancaq inanıram ki, oyunçularımız özlərini yaxşı tərəfdən göstərəcəklər. Bu, onlar üçün böyük bir şansdır. Biz bu qrupa düşəndə hamı fikirləşirdi ki, xalımız olmayacaq. Ancaq “Çelsi”yə uduzduqdan sonra futbolçular daha uğurlu çıxış etməyə başladılar. Dəfələrlə qeyd etmişəm ki, bu qrupdan 1 xal qazanırıqsa, bu, uğurumuzdur. Bu cür məşhur klubların Azərbaycana gəlməsi böyük uğurdur. “Qarabağ”, eləcə də Azərbaycan futbolu böyük təcrübə qazandı”.

Mətbuat konfransından sonra “Olimpiko” stadionunda "Qarabağ" komandasının media üçün açıq məşqi keçirilib.

Qeyd edək ki, “Roma” - “Qarabağ” qarşılaşması dekabrın 5-də Bakı vaxtı ilə saat 23:45-də İtaliya paytaxtındakı “Olimpiko” stadionunda oynanılacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!