USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BMT-nin Rezident Əlaqələndiricisi: "ASAN xidmət"in çox güclü könüllülük məktəbi var

BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Qulam İsakzai ASAN Radionun qonağı olub. BMT nümayəndəsi 5 dekabr- Beynəlxalq Könüllülər Günü ilə bağlı ASAN Radioya eksklüziv müsahibə verib.

Qulam İsakzai bir il əvvəl də ASAN Radioda qonaq olub: "Mən çox şadam ki, Azərbaycanda məhz dövlət xidmətləri haqqında əhaliyə məlumat çatdırmaq iqtidarında olan belə bir radiostansiya mövcuddur. Bu radiostansiyanın əhatə dairəsi kifayət qədər genişdir və o müxtəlif auditoriyaları əhatə edir. Bu radio özü də dövlət xidmətləri göstərən bir stansiya hesab edilir. Mən əminəm ki, stansiyanızın tam təlim keçmiş peşəkar əməkdaşları və kifayət qədər peşəkar infrastrukturu, qurğuları var.

BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Beynəlxalq Könüllülər Günü ilə bağlı danışıb: "Mən bildiyim qədəri ilə "ASAN xidmət"in çox güclü bir  könüllülük məktəbi var. Həmin könüllülərlə bir neçə dəfə qarşılaşmışam və onların çox böyük motivasiya ilə işlədiklərinin şahidi olmuşam. Həmin könüllülər ölkədə "ASAN xidmət"lərin göstərilməsində vətəndaşlara kömək olurlar. Ümumiyyətlə, Azərbaycanda çox rahat bir könüllülük prinsipinin yayıldığını müşahidə edirik. Bir çox ölkələrdə vəziyyət Azərbaycandan tam fəqlidir. Gənclər Azərbaycandakı qədər könüllülüyə maraqlı deyillər. Ümid edirəm ki, Azərbaycanda könüllülük prinsipi elə hazırki kimi də davam edər." 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!