USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət başçısı İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib 

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromini qəbul edib.

ASAN Radionun məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiyaları texnologiyaları istiqamətində uğurlu inkişafından məmnunluq bildirilib.

Prezident İlham Əliyev XXIII Bakutel-2017 sərgisinin 20 ildən artıq keçirildiyini qeyd edərək, İran şirkətlərinin bu sərgidə daim iştirak etməsindən və bu sərgidə İranın nazir səviyyəsində təmsil olunmasından məmnunluğunu ifadə edib. Bu yaxınlarda İran İslam Respublikasına səfərini xatırlayan dövlət başçısı İranın Ali Rəhbəri və İran prezidenti ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafına böyük töhfə verdiyini vurğulayıb.

Prezident İlham Əliyev informasiya-kommunikasiya və rabitə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib, İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin səfəri zamanı əməkdaşlığın perspektivləri ətrafında səmərəli müzakirələrin aparılacağına əminliyini vurğulayıb.

Məhəmməd Cavad Azəri Cəhromi isə Kirmanşah şəhərində zəlzələ ilə əlaqədar Azərbaycan Prezidentinin başsağlığı verməsi və Azərbaycanın İran xalqı ilə həmrəylik nümayiş etməsi ilə bağlı İran prezidentinin minnətdarlığını çatdırıb. Nazir ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, bu əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!