USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın “ASAN xidmət” modeli Monteneqro mətbuatının diqqətində

Dekabrın 3-4-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub. Səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və müvafiq sahədə qarşılıqlı fəaliyyətin təfsilatlarının müzakirə edilməsi idi.

ASAN Radio xəbər verir ki, Dövlət Agentliyinin nümayəndə heyətinin səfəri və imzalanmış Anlaşma Memorandumu Monteneqro mətbuatında geniş işıqlandırılıb.

Belə ki, portalanalitika.me, predsjpol.gov.me, pinkm.me, mecdm.mestandard.co.me və digər mətbuat orqanlarında dərc olunun məqalələrdə “ASAN xidmət”in Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət idarəetməsi sahəsində ölkədə aparılan islahatlar çərçivəsində təsis edildiyi vurğulanıb. Azərbaycanın bu brendinin BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi olaraq dünyada bu sahədə ən qabaqcıl mexanizm kimi tanındığı bildirilib.

Qeyd olunub ki, paytaxt Bakıda və Azərbaycanın müxtəlif bölgələrində yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşlara dövlət və özəl qurumlar tərəfindən 250-dan çox xidmət göstərilir.

Monteneqro mətbuatında dünya standartlarına cavab verən “ASAN xidmət” mərkəzlərin fəaliyyəti barədə məlumat verilərək, bu Mərkəzlərdə insanlara operativ və rahat formada və müasir texnologiyalar və innovasiyalar tətbiq edilməklə xidmət göstərildiyi, bunun da öz növbəsində vətəndaşlara xidmət sektorunda şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynadığı qeyd olunub.

1. https://m.cdm.me/drustvo/sva-dokumenta-na-jednom-mjestu-dostupna-podgoricanima-za-dvije-godine/

2. http://www.predsjpol.gov.me/potpredsjednik

3. http://www.mju.gov.me/vijesti/179203/Potpisan-Memorandum-o-razumijevanju-izmedu-Ministarstva-javne-uprave-i-Drzavne-agencije-za-javne-usluge-i-socijalne-inovacije-AS.html

4. http://www.pinkm.me/glavne/crna-gora-i-azerbejdzan-jacaju-saradnju-u-oblasti-javnih-usluga/

5. http://standard.co.me/index.php/drustvo/item/4813-potpisan-memorandum-o-razumijevanju-ministarstva-javne-uprave-i-drzavne-agencije-za-javne-usluge-i-socijalne-inovacije

6. http://m.portalanalitika.me/clanak/287991/potpisan-memorandum-o-razumijevanju-izmedu-ministarstva-javne-uprave-i-drzavne-agencije-za-javne-usluge-republike-azerbejdzan 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!