USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Azərbaycan: Avrasiyaya yeni körpü” adlı tədbir keçirilir

6-7 dekabr 2017-ci ildə Azərbaycan Dəmir Yollarının rəsmi tərəfdaşlığı ilə “Azərbaycan:Avrasiyaya yeni körpü” adlı tədbir keçirilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Əlirza Süleymanov tədbiri giriş sözü ilə acaraq qonaqları salamladı və ölkə başçısı İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən irihəcmli islahatlat, beynəlxalq nəqliyyat dəhlizlərinin reallşması prosesindəki son vəziyyət haqqında ətraflı məlumat verdi.  

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova ASAN Radioya bildirib ki, Rusiya Federasiyası Ernst və Young şirkətinin, Qiymətləndirmə və Məsləhət Xidmətlərinin MDB ölkələri üzrə məsləhətçisi Boris Poretskinin sədrliyi ilə keçən tədbirdə  Azərbaycan Dəmir Yollarının regional intermodal daşımalarda rolu; Azərbaycanın tranzit potensialı: Avrasiyaya inteqrasiya yönündə Azərbaycanın hab kimi rolu; Qırğızıstan Respublikasında dəmir yolunun inkişafına dair ümumi məlumat; Trans-Qafqaz və Xəzər dənizi daşımalarının konteynerləşdirilməsi; Qərbi Çinin Yeni İpək Yolu vasitəsi ilə Qərbi Avropaya birləşdirilməsi; Cənubi Qafqaz nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişmələri; İqtisadi inkişaf üçün sərmayə və əməkdaşlıq; Nəqliyyat innovasiyaları və qarşılıqlı əlaqə; Yeni inteqrasiyalaşdırılmış dəmir  yolu dəhlizlərinin yaradılması; Tehran metrosunun yenilənməsi; Yüksək sürətli qatarlarda yenilik və rəqəmsallaşdırma: açıq havada ilk yüksək sürətli qatar; Yüksək sürətli dəmir yolu nəqliyyatının davamlılığı və əlaqəli amillər; Dəmir yolunda kibertəhlükəsizlik risklərinin idarə olunması; Davamlılıq,  dəmir yolunda yeni və bərpa olunan enerji mənbələri  və digər məsələlər müzakirə olunur. 

Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıq çərçivəsində Xəzər Dənizi və Mərkəzi Asiya Dəmir Yolu tədbiri, təkcə regional bazarlardan nəqliyyat nazirlərini bir araya gətirməyəcək, o həm də dəmir yolunun inkişafına məsul şəxsləri, nəqliyyat operatorlarını, hökumət nümayəndələrini, podratçıları və təchizatçıları sərnişin və yük daşıma layihələri üçün strategiya, texnologiya və innovasiya barədə danışmaq üçün dəvət edəcək.

Xəzər və Mərkəzi Asiya Dəmir Yolu tədbiri, Xəzər, İran və Mərkəzi Asiya hökumətləri ilə birgə həyata keçiriləcək yeganə dəmir yolu hadisəsi olmaqla yanaşı, regional və beynəlxalq hökumət nümayəndələrinin iştirakı baxımından digər regional dəmir yolu tədbirlərindən fərqlənir. 

Tədbirdə Azərbaycan, Türkiyə, İran, İraq,  Əfqanıstan,  İraq, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkmənistanın və digər ölkələrin nəqliyyat nazirliklərinin, dəmir yolu şirkətlərinin, eləcə də özəl qurumların nümayəndələri iştirak edir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!