22/05/2018 23:46

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0016 0.0276 0.3709


Dövlət xidmətləri

Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin nümayəndə heyəti “ASAN xidmət”də


06.12.2017   18:20


6 dekabr 2017-ci il tarixində Türkiyə Respulikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

ASAN Radio xəbər verir ki, nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 19 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.




Xəbər lenti

22 May













ASAN Radio telefonunuzda
Facebook