USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər ADDA-nın təcrübəsindən yararlanmaq istəyirlər

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 27 noyabr– 6 dekabr tarixlərində Beynəlxalq Dəniz Təşkilatının 30–cu Assambleyasının sessiyasında iştirak edib. 

ASAN Radio xəbər verir ki, Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən mənzil – qərargahında keçirilən iclasda Assambleyanın prezidenti və vitse-prezidentləri seçilib, etimadnamə komitəsi və digər komitələr yaradılıb, Beynəlxalq Dəniz Təşkilatının Şurasının və digər komitələrinin 2017 – ci il ərzində keçirilən sessiyalarının yekunları barədə məruzələr dinlənilib.

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun 2017 – ci ilin 28 may – 6 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdiyi audit yoxlamasının uğurlu nəticələri ilə bağlı Azərbaycan nümayəndə heyətinin rəhbəri Qüdrət Qurbanov çıxış edib. Dövlət Dəniz Administrasiyasının rəisi bildirib ki, audit yoxlamanın nəticələrinə əsasən Azərbaycan Respublikası 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutub. Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğuladı ki,  Audit Ekspert Qrupunun keçirdiyi audit yoxlamasının müsbət nəticələri Azərbaycanda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlərin, qəbul edilən normativ hüquqi aktların, gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılmasının, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan liman kapitanlarının fəaliyyətinin, liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycan Respublikasının bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunması barədə fikir yürütməyə əsas verir.

Audit yoxlamasından uğurla çıxan Azərbaycan Dövlət Dəniz Administrasiyasının qazandığı müsbət nəticələr Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin rəğbətinə səbəb olub. Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər Belarus və Ukraynanın təmsilçiləri Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini və tezliklə geniş nümayəndə heyəti ilə ölkəmizə səfər edəcəklərini bildiriblər. Qeyd edək ki, Türkmənistan Respublikasının Çay və Dəniz Nəqliyyatı Dövlət Xidmətinin Dəniz Üzgüçülüyünə nəzarət üzrə Dövlət Administrasiyasının rəhbərliyi də noyabr ayında bu məqsədlə Azərbaycana səfərə gəlmişdi. 

İclasda 2017 – ci ildə keçirilən digər audit  yoxlamaların nəticələrinə dair məlumatlar verildi, Beynəlxalq Dəniz Təşkilatına üzv olan 172 dövlətin hesabatı, Beynəlxalq Dəniz Təşkilatının təlim – tədris mərkəzlərinin hesabatları, 2016 və 2017 – ci illərdə qeyd edilən “Beynəlxalq Dənizçi Günü” ilə əlaqədar hesabatlar dinlənilib.

Uzun illər ərzində Beynəlxalq Dəniz Təşkilatına verdiyi töhfəyə görə, seçilən karyera sahibi, 4 il ərzində Beynəlxalq Dəniz Təşkilatının baş katibi olmuş cənab Koji Sekimizuya  2016 – cı il üçün nüfuzlu Beynəlxalq Dəniz Mükafatı təqdim edilib. Mükafatı Beynəlxalq Dəniz Təşkilatın Baş Katibi Kitak Lim təqdim edib. 

Assambleyanın iclasının gedişində “Beynəlxalq Dəniz Təşkilatı haqqında” Konvensiyanın 16 – cı və 17 – ci maddələrinə uyğun olaraq növbəti iki illik müddətə Beynəlxalq Dəniz Təşkilatının Şurasına seçkilər keçirildi. Nəticələrə əsasən A kateqoriyası üzrə 10, B kateqoriası üzrə 10, C kateqoriyası üzrə 20 dövlət seçilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!