USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“İslam həmrəyliyi -2017 uğurlar və perspektivlər” adlı konfrans keçirilib

Azərbaycan Respublikasının  Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində “İslam həmrəyliyi  -2017  uğurlar və perspektivlər”  adlı konfrans keçirilib.

Konfransda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin rəhbərliyi, fakültənin  müəllim-tələbə heyyəti, eləcə də dini sahədə fəaliyyət göstərən ekspertlər və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Komitənin sədr müavini  Gündüz İsmayılov  tədbirin İslam Həmrəylik ilinin yekunlarına həsr olunduğunu   qeyd edərək, konfransın məqsədindən danışıb. 

Gündüz  İsmayılov vurğulayıb ki, İslam Həmrəylik ili çərçivəsində bu ilin sonunda Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə  böyük konfrans keçiriləcək.

Konfransda ənənəvi dini  və milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması və təşviqi, ölkəmizin İslam Həmrəyliyinin əldə edilməsində oynadığı mühüm rol və təsir, eləcə də bu sahələrdə əldə edilmiş nailiyyətlər, qarşıya çıxan əsas problemlər və növbəti illər üçün əsas hədəflər müzakirə edilib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!