24/10/2018 01:25

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9474 0.0260 0.2991


Dövlət xidmətləri

Ağdaş rayon ictimaiyyəti “ASAN xidmət” barədə məlumatlandırılıb


09.12.2017   13:31


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə xidmətin əhatə dairəsinin genişləndirilməsi və əhalinin “ASAN xidmət” barədə məlumatlandırılması məqsədi ilə 8 dekabr 2017-ci il tarixində Ağdaş rayon ictimaiyyət nümayəndələri və gəncləri ilə görüş keçirilib.

ASAN Radio xəbər verir ki, Ağdaş rayon Habil Əliyev adına musiqi məktəbinin akt zalında keçirilən tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini Əli Kərimov qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-ci il 13 iyul 685 nömrəli fərman əsasında “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” təsis edilib. Fəaliyyət göstərdiyi müddət ərzində əldə edilən nailiyyətlər və inkişaf istiqamətləri barədə məlumat verilib.

Daha sonra Qəbələ regional “ASAN xidmət” mərkəzinin direktoru Əbdül Əliyev çıxış edərək rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib, göstərilən xidmət sahələri, könüllülük fəaliyyəti, həyata keçirilmiş və gələcəkdə həyata keçiriləcək sosial layihələr, həmçinin ABAD-la bağlı geniş nitq söyləyib. Regional mərkəzin Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonları əhatə etdiyini diqqətə çatdırıb.

Bundan əlavə, görüşdə mərkəzin əməkdaşları Arzu Qocayev, Nuranə Ağabəyli, Abbas Abdullayev “ASAN xidmət”-in yaradılması, göstərilən xidmətlər, ümumi statistika, xidmət mərkəzləri, səyyar avtobuslar, kiçik səyyar xidməti, eləcə də, könüllülük fəaliyyəti, sosial aksiyalar, "ABAD" mərkəzləri və s. bağlı ətraflı məlumatı özündə əks etdirən təqdimatla çıxış ediblər. 

Görüşün sonunda tədbir iştirakçılarını maraqlandıran xidmət sahələri ilə bağlı  verilmiş sualları cavablandırılıb.




Xəbər lenti

23 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook