21/01/2018 16:37

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0849 0.0301 0.4512


ASAN xəbər

“Cavan”  Gənclər Hərəkatı İB Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv qəbul edilib


09.12.2017   14:23


Dekabrın 9-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məclisi keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında baş tutan Məclisdə hesabat dövründə görülən işlərlə bağlı Milli Şuranın üzvləri məlumatlandırılıb, növbəti ildə qarşıda duran çağırışlarla bağlı müzakirələr aparılıb. 

ASAN Radionun məlumatına görə, tədbirdə Gənclər Təşkilatları Milli Şurasına yeni üzvlərin qəbul edilməsi məsələsinə də baxılıb. 2017-ci ildə yaradılan və artıq bir sıra layihələrin təşkilatçısı və tərəfdaşı kimi çıxış edən “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin marketinq departamentinin rəhbəri Mehriban Həsənova çıxış edib. O, təşkilatın məramı, fəaliyyəti və gələcək planları haqqında Məclis iştirakçılarını məlumatlandırıb. 

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin fəaliyyəti yüksək qiymətləndirilib və təşkilat, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv qəbul edilib.  

 

 

 

 

 

 




Xəbər lenti

20 Yanvar
19 Yanvar











ASAN Radio telefonunuzda
Facebook