22/04/2018 07:11

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0981 0.0279 0.4202


ASAN xəbər

Taksilər sifariş gözləyərkən yalnız xüsusi duracaqlardan istifadə edə biləcək


11.12.2017   12:21


Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşıması həyata keçirən avtomobillər yalnız xüsusi müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.

ASAN Radio xəbər verir ki, bununla bağlı “Avtomobil nəqliyyatı haqqında” qanunun 20-ci (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) maddəsinə dəyişiklik edilir.

Layihəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 




Xəbər lenti

21 Aprel
20 Aprel













ASAN Radio telefonunuzda
Facebook