22/04/2018 07:11

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0981 0.0279 0.4202


Havadasan

Sabahın hava proqnozu


11.12.2017   12:45


Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ASAN Radio ETSN-nə istinadla bildirir ki, havanın temperaturunun yarımadada gecə  5-8° isti, gündüz  9-13° isti, Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 768  mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

Nisbi  rütubət  gecə  70-80 %, gündüz 60-65 % olacaq.  

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° isti, gündüz  5-10° isti olacağı gözlənilir.

 




Xəbər lenti

21 Aprel
20 Aprel













ASAN Radio telefonunuzda
Facebook