Hörmətli valideynlər !
Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi, ASAN Könüllüləri Gənclər Təşkilatı və ASAN Radionun təşkilatçılığı ilə 14 dekabr Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə 15-16-17 dekabr tarixlərində 4 saylı Bakı "ASAN xidmət" mərkəzində kəkələmə, əqli geriliyi, davranış pozuntuları, autizm, hiperaktivlik və digər bu kimi psixoloji problemləri olan 3-12 yaşadək uşaqları peşəkar Psixoloq və Loqoped tərəfindən xidmət göstəriləcək ödənişsiz psixoloji müayinələrdən keçməyə dəvət edilir.
Əlaqə üçün: 077 225-15-01
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!